Qadin dunyasi ---- Faydali meslehetler
-Əti qaynadarkən onu axırda duzlayın onda ət daha tez pişər.
-Yumurta qaynadılarkən sınmaması üçün suya 1 x.qaşığı duz tökün.
-Çiy tərəvəzlərdən hazırlanmış salatlar süfrəyə qoyulmazdan 15 dəq. əvvəl hazırlanmalıdır.
-Toyuq əti salatlar üçün qaynar suda pişirilir onda ət daha incə olar.
-Kəsilmiş soğanın keyfiyyətini itirməmək üçün onu boşqabda iri duzun üstünə qoyun.
-Limondan daha çox şirə almaq üçün onu 5-7 dəqiqə isti suda saxlayın.
-İncə tərəvəzlərdən doğranmış salatları qaşıqla qarışdırmamağı əvəzinə çırpmağı məsləhət görürük.
-Kahı yarpaqlarını əvvəlcə soyuq suda islatmaq sonra dəsmalın üstündə qurutmaq lazımdır.
-Salatları buluda təpə şəklində yığdğqda onun görünüşü daha gözəl olar.
-2-3 damla limon şirəsi salatda c vitaminini saxlayır.
-Qara ciyərin incə olması üçün onu 10 dəq süddə saxlayın.
-Südə şəkər qatıb (1litr 1 ç\q) qaynatdıqda uzun müddət təzə qalır və vitaminləri ölmür.
-Ət pişərkən qazana bir parça yerkökü saldıqda ətin spesifik qoxusu itir.
***** Sevil.Az